Bloqqerlərin apelyasiya şikayətinə baxılır

Dekabrın 22-də Apelyasiya Məhkəməsində bloqqerlər Adnan Hacızadə və Emin Millinin şikayətinə baxılacaq.

Gənc bloqqerlər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Bloqqerlər ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.