ŞOU ƏHLİ VİP SALONUNDA…
- Şou əhlinin xidməti pasportdan ən çox yararlandığı məkan təbii, hava limanlarının VİP salonlarıdır. Adətən dövlət xadimlərinin və ölkəyə gələn yüksək rütbəli xarici ölkə təmsilçilərinin yararlandığı bu salondan şou əhlinin bütün üzdə olan nümayəndələri istifadə edir. Bu, təbii ki, hakimiyyətin sevimlilərinə aiddir. Seçki kampaniyaları dönəmində hakim komandanın təbliğatı ilə məşğul olan bir sıra sənət adamları sonradan fəxri adlarla mükafatlandırılır. Sonra da onlar qarşımıza artıq hakimiyyətin sevimliləri, xüsusi imtiyazlar almış insanlar kimi çıxır.
Əməkdar artist, son illər xaricdə bir neçə layihə gerçəkləşdirən Tünzalə Ağayevanın prodüsseri Yalçın Cabbarov deyir ki, onlar da imkan düşəndə hava limanının VİP salonundan yararlanırlar:
Hüquqşünas Əlövsət Əliyev isə deyir ki, bir sıra ölkələrdə dövlət mükafatı alan sənətçilərin belə bir hüququ olsa da, bu, Azərbaycanda qanun pozuntusudur:
- Vətəndaşlara diplomatik və xidməti pasportların verilməsi «Ölkəyə gəlmək, ölkədən getmək və pasportlar haqqında» Qanunla tənzimlənir. Qanun yalnız rəsmi orqanlarda çalışan bir sıra şəxslərə, o sıradan nazirlərə və onların müavinlərinə, dövlət agentlikləri və idarələrinin yüksək rütbəli məmurlarına xidməti pasport almaq hüququ verir. Əgər digər şəxslər hər hansı yolla bu sənədi əldə edirlərsə, birmənalı qanun pozuntusu sayılır.
ŞOU ƏHLİ MİLLƏT VƏKİLLƏRİ İLƏ BİR SIRADA…
Millət vəkili Arzu Səmədbəyli də deyir ki, bir sıra şou-biznes nümayəndələrinə millət vəkilləri,
- Bütün hallarda bu məsələ şəxsi tanışlıqlarla deyil, qanunla tənzimlənməlidir. Çox təəssüf, Azərbaycanda hələlik belə faktlar var.
Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov isə AzadlıqRadiosuna bildirib ki, ölkədə diplomatik və xidməti pasportların verilməsi qanunla tənzimlənir. Hər hansı şəxsin bu sənədi qanuni əsas olmadan əldə etməsi mümkün deyil.
Bir neçə il öncə Azərbaycanın xalq artisti, indi Türkiyədə yaşayan Brilyant Dadaşovanın xidməti pasportunda saxtalaşdırmalar olması haqda xəbərlər yayılmışdı. Müğənninin xidməti pasportunda yaşının 5 il cavanlaşdırıldığı bildirilirdi. Müğənni fakta münasibət bildirərkən demişdi ki, bu problemi onunla münasibətləri gərgin olan Mədəniyyət naziri yaradıb. B.Dadaşova indi də səfərləri zamanı xidməti pasportdan, o sırada hava limanının VİP salonundan istifadə edir.