Mir Hüseyn Musəvi İncəsənət Akademiyasının prezidenti vəzifəsindən azad edilib

İran müxalifətinin lideri Mir Hüseyn Musəvi tutduğu sonuncu dövlət vəzifəsi olan İncəsənət Akademiyasının prezidenti vəzifəsindən də azad edilib. Musəvi 1999-cu ildə bu Akademiya yarandığı vaxtdan ona rəhbərlik edirdi. Akademiyanın məqsədi islam incəsənətini xarici mədəniyyətlərin təsirindən qorumaqdır.

Musəvi prezident Mahmud Əhmədinejadın rəhbərlik etdiyi Şuranın qərarı ilə vəzifəsindən azad edilib.