Azərbaycan “talibançıları”ndan ikisinin cəzası yüngülləşdirilib

Şirvan Apellyasiya Məhkəməsində Pakistanda və Əfqanıstanda qanunsuz silahlı birləşmələrdə ABŞ və ona müttəfiq olan qoşunlara qarşı döyüşlərdə iştirak edən 13 Azərbaycan vətəndaşının cinayət işi üzrə apellyasiya şikayətinə baxılıb. Məhkəmənin qərarı ilə məhkumlardan yalnız iki nəfərin - Araz Kəngərlinin və Telman İsayevin hökmü dəyişdirilib. Onların cəzası 1 il 6 aya endirilib.