Kilsədə partlayış törədilib

İraqın Mosul şəhərində törədilmiş partlayışda 1 nəfər ölüb, bir nçə adam isə yaralanıb.

Partlayış milad bayramının başlanmasına 1 gün qalmış şəhərdəki kilsələrdən birində törədilib.

Ötən həftə elə həmin kilsədəki məktəbdə törədilmiş partlayış balaca qız uşağının ölümü, 40 nəfərinsə yaralanmasıyla nəticələndi.