Gəncədə yeni əlbəyaxa döyüş növləri üzrə respublika seçmə yarışları keçiriləcək

Bunu yarışların təşkilatçılarından olan Karate-do Federasiyasının Qərb bölgə nümayəndəliyinin sədri Sahib Rzayev deyib.

Yarışlara paytaxt və Qərb bölgəsi idmançıları qatılacaqlar. İştirakçıların sayının 150-dən artıq olması gözlənilir. Qaliblər gələn ilin yanvarında paytaxtda keçiriləcək final mərhələsində iştirak hüququ qazanacaqlar.