«Reuters»dən son 10 ilin şəkilləri
Kəşmirdə balaca qaçqın qız divar hörən atasına kömək üçün daş daşıyır. Bir il əvvəl baş vermiş zəlzələ iki milyona qədər adamı evsiz qoymuşdu. Xüsusilə qış fəslində çadırlarda yaşayanların vəziyyəti ağırlaşırdı. 2006-cı il fevralın 15-i.
«Azadlıq» adı verilən Hind toyuğu ABŞ prezidenti Corc Buşda şok yaradır. Bu hadisə Ağ Evdə Şükran bayramından bir qədər əvvəl - 2001-ci il noyabrın 19-da baş vermişdi. Ondan sonrakı bir neçə günü həmin xoşbəxt quş Virciniyadakı fermalardan birində keçirdi.
2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin dağıdılmış binası yaxınlığında ABŞ bayrağı.
2003-cü il martın 29-da İraqda ABŞ zabiti uşağı saxlayır.
İraqın keçmiş prezidenti Səddam Hüseyn. ABŞ qoşunlarının ölkəni tutmasından az sonra - 2003-cü il dekabrın 14-də doğulduğu Tiqrit şəhəri yaxınlığında ələ keçən Səddam Hüseyn müayinədən keçirilir.
2003-cü ilin dekabrında İraqın Bam şəhərində baş verən zəlzələdə həlak olan iki azyaşlı qardaş. Həmin zəlzələdə 20 min adam həlak olmuşdu.
İsrail polisi fələstinlilərin etiraz aksiyasını dağıtmaq üçün onların üstünə gözyaşardan qazdan qaz buraxır. 2004-cü il 20 iyun.
Çeçenistan yaxınlığındakı Beslan yaşayış məntəqəsində orta məktəbin maskalı silahlılardan azad edilməsi zamanı Rusiya polisinin zabiti körpəni məktəbdən çıxarır. 2004-cü il 2 sentyabr.
Ukraynalı qadın Kiyevdə prezident binasının qarşısında mitinqçilərə sədd çəkmiş polisin qalxanına qərənfil düzür. 2004-cü il noyabrın 24-ü.
İsraildə ultra-ortodoks yəhudi, qəbiristanlıqda yol çəkən buldozeri əliylə saxlamağa çalışır. Etirazçılar qəbirlərə hörmətsizlik edildiyini deyirlər. Bu şəkil 2005-ci ilin aprelin 14-də çəkilib.
2005-ci il iyulun 8-də «Böyük Səkkizlik» ölkələrinin liderləri Şotlandiyada hotelə gedirlər.
2005-ci il sentyabrın 19-da İraqın Bəsrə şəhərində yandırılan tankdan Britaniya əsgəri alovlar içində canını qurtarmağa çalışır. Həmin vaxt qəzəbli kütlə raketlər və yandırıcı maddələrlə Britaniya tanklarına hücum etmişdilər.
Afrikadan Avropa torpaqlarına keçmək istəyən qaçqın. Gəmi ilə İspaniyaya keçmiş bu adam Kanar adasında gözə görünməmək üçün çimərliyi də iməkləyərək keçir. 2006-cı il mayın 5-i.
ABŞ prezidenti Corc Buş Almaniyada Trinvillerşaqen şəhərində axşam yeməyi üçün şəhərə çıxıb. Corc Buş onları izləyən qələbəlik üzündən bu körpəni götürdüyünə peşman olur. 2006-cı il iyulun 13-ü.
Ətraf mühit fəalları Norveçdə Longyearbyen şəhərində «günəş vannası» qəbul edirlər. 2007-ci il aprelin 25-i.
Misirlə Qəzzanın cənubunda sərhəd-keçid məntəqəsini ələ keçirən «Həmas» döyüşçülərindən biri yük yoxlayan skaner aparatının içində mövqe tutub. 2007-ci il iyunun 15-i.
Rusiya prezidenti Vladimir Putin Monako hökmdarı II Albertlə birlikdə Sibirdə Yenisey çayında balıq tutur. 2007-ci il avqustun 13-ü.
Myanmada nümayişçilərə atəş açan polis Yaponiyadan olan kameramanı da yaralayıb. Amma ölümcül halda yerə sərilmiş jurnalist yaralarının deyil, daha yeni şeylər çəkməyin hayındadır. 2007-ci il sentyabrın 27-si.
İran prezidenti Mahmud Əhmədinejat 2008-ci il fevralın 4-də Tehranda ölkəsinin raket planlarına dair televiziya proqramını izləmək üçün 3-D eynək taxıb.
Rusiya Gürcüstanın Qori şəhərini bombalayan zaman yaxınını itirmiş adamın hayqırtısı. O zaman Rusiya təyyarələrinin yaşayış binasına atdığı bombadan 5 nəfər həlak olmuşdu. 2008-ci il avqustun 9-u.
Əfqanıstanda gecə döyüşündə ABŞ əsgəri bir az nəfəs dərməyə çalışır. 2009-cu il avqustun 12-i.