İsrail Suriya ilə sülhdə maraqlı deyil

İsrail Suriya ilə sülhə getməkdə maraqlı deyil.

Suriya prezidenti Bəşər Əsəd belə hesab edir.

O belə bir bəyanatla dünən Dəməşqdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra çıxış edib.

Əsəd hesab edir ki, İsrailin heç bir ilkin şərtsiz dasnışıqlara getmək istəməsi, onun sülh danışıqlarını pozmaq niyyətindən xəbər verir.

Tərəflər arasındakı danışıqlar 2000-ci ildən dalana dirənib.