İraqda törədilmiş partlayışlarda azı 17 adam ölüb

İraqda törədilmiş 3 partlayışda azı 17 nəfər ölüb, 100-dən çox adam isə yaralanıb.

Yerli hakimiyyətin məlumatına görə hədəf Aşura gününü qeyd etməyə hazırlaşan şiə müsəlmanları olub.

Minlərlə şiə müsəlmanı dekabrın 27-də Kərbəlada Aşura gününü qeyd etməyə hazırlaşır.