Türkiyədəki kürdpərəst partiyanın 40-dan çox fəalı həbs olunub

Türkiyə polisi bu yaxınlarda qadağan edilmiş kürdpərəst partiyanın 40-dan çox fəalını həbs edib.

Həbs olunanlardan bir neçəsi şəhər merləridir.

Reyd Ankara, İstanbul və ölkənin cənub-şərqindəki bir neçə şəhərdə keçirilib.

Bu yaxınlarda qadağan edilmiş Demokratik Cəmiyyət partiyası parlamentdə kürdlərin maraqlarını təmsil edən yeganə partiya idi.

Bu partiya separatçı hərbi kürd hərəkatıyla əlbirlikdə itiham olunur.