İlin yekunlarına görə 5 jurnalist mükafatlandırıldı

Mükafatçılar

Artıq neçə ildir Bakı «Kitab Klubu» ilin sonunda kitab haqqında, başqa sözlə, yeni nəşrlər, yeni layihələr, təqdimatlar, müəlliflər və s. barədə vaxtında mütəmadi yazan jurnalistləri seçərək onların əməyini qiymətləndirir.

Bu il də qiymətləndirmə «2009-cu ildə Kütləvi İnformasiya Vasitələrində səmərəli fəaliyyəti ilə ölkəmizdə kitab işinin inkişafına etdiyi köməyə görə» nominasiyası üzrə keçirilib.
Mükafatçılara klubun fəxri diplomu, AzadlıqRadiosundan özəl suvenirlər və «Hunca Cosmetics»in qiymətli hədiyyələri verildi.

Builki qaliblər bunlardır:

Cəvahir Səlimqızı («Mərkəz» qəzeti)
Natiq Güləhmədoğlu («Azadlıq» qəzeti)
Kəbutər Haqverdiyeva («Yeni Azərbaycan» qəzeti)
Zahir Əmənov («Cənub xəbərləri» qəzeti) Masallı
Fərqanə Gülməmmədova (Space TV)

Tədbir «Kitab Klubu»nun sərgi salonunda keçirildi. Əlavə məlumat üçün www.kitabklubu.org saytına baxın.