Azərbaycanda əfv olunan əcnəbilər azadlığa buraxılıblar

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

3 Əfqanıstan, 2 İran, 1 Çin, 1 Rusiya, 1 Nigeriya və 1 Makedoniya vətəndaşı cəzaçəkmə müəssisələrindən azad ediliblər.

Əfqanıstan və İran vətəndaşları dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinərək azadlıqdan məhrum olunmuşdular.

Penitensiar Xidmətin rəis müavini Nizaməddin Cəlilov jurnalistlərə açıqlamasında ölkə başçısının imzaladığı sərəncamla ümumilikdə 9 əcnəbi vətəndaşın azadlığa buraxıldığını bildirib.

O, əfv olunmuş əcnəbilərin Dövlət Miqrasiya Xidmətinə təhvil veriləcəyini və ölkələrinə göndəriləcəyini deyib. / APA /