Neft şirkəti Pirallahını abadlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti Pirallahı adasının inkişafı və abadlaşdırılması ilə bağlı proqram hazırlayıb.

Bu barədə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayev onu da qeyd edib ki, məqsəd 15 minə yaxın əhalisi olan adada neft hasilatını artırmaq və onu ekeloji cəhətdən təmizləməkdir.

O qeyd edib ki, adanı elə inkişaf etdirmək lazımdır ki, neft hasilatı bitəndən sonra ondan turizm məqsədilə istifadə olunsun.

Adada Vaqif Mustafazadə adına mədəniyyət sarayının açılışı da olub.