Pakistanda dövlət məmurunun evi partladılıb

Pakistanın şimal-qərbində hökumət məmuru Sarbraz Sadikin evi partladılıb.

Nəticədə onun özü və 5 nəfərdən ibarət ailə üzvləri ölüb.

Partlayış, hökumətin talibançılara qarşı əməliyyat apardığı Kuram rayonunda törədilib.

Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.