Gəncədə yeni məhkəmə binaları tikiləcək

Gəncədə yeni məhkəmə binalarının tikintisi üçün layihə hazırlanır. Bu haqda jurnalistlərlə müsahibəsində Ədliyə naziri Fikrət Məmmədov məlumat verib.

Nazir bildirib ki, Gəncədə artıq 2 ilə yaxındır ki, Regional Appellyasiya Məhkəməsi fəaliyyət göstərsə də bina tələblərə tam cavab vermir. Nazir Gəncədə yaxın zamanlarda həm iqtisad, həm də yerli mübahisələrlə məşğul olacaq məhkmə təsisatlarının yaradılacağını deyib.