Rusiya ərazi mübahisəsində "qeyri-standart" yollara baxacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Kuril adaları probleminin həllində Rusiya qeyri-standart yollara baxacaq.
Lavrov bunu yaponiyalı həmkarı ilə görüşdən sonra deyib, ancaq detallara toxunmayıb.
Yaponiya ilə Rusiya arasında ərazi mübahisəsi həll olunmadığına görə Tokio ilə Moskva arasında ikinci dünya müharibəsindən sonra sülh müqaviləsi hələ də imzalanmayıb.