YouTube-la Putinə şikayət edən polis haqda cinayət işi açılır

YouTube vasitəsilə baş nazirə şikayət edən polis zabiti məsuliyyətə cəlb olunacaq.
Rusiyanın baş prokurorluğu bildirib ki, Aleksey Dımovski “tutduğu vəzifədən sui-istifadə ilə saxtakarlıq etməkdə” ittiham olunur.
Bu ilin əvvəlində Dımovski YouTube-dan istifadə edərək baş nazir Putinə müraciət göndərmişdi ki, polisdəki korrupsiyanı araşdırsın.
Həmin klipə bir milyondan çox adam baxmışdı.
Ancaq Novorossiyskdə işləyən polis zabiti həmin klipdən dərhal sonra işdən qovuldu.