Somali dəniz quldurları Britaniya tankerini saxlayıblar

Somali dəniz quldurları Aden körfəzində Britaniya bayrağı sancılmış tanker saxlayıblar. Tankerdə 26 ekipaj üzvünün olduğu deyilir.

Beynəlxalq Dənizçilik Bürosunun məlumatına görə, dünən axşam saatlarında dənizçilər hücuma məruz qalmaları ilə bağlı siqnal göndəriblər. İlkin məlumata görə, ekipaj üzvləri arasında doqquz ölkənin, o cümlədən Rusiya və Ukraynanın vətəndaşları var.