Nazir deyir ki, «Təhsil qanunu»nda anlaşmazlıqlar var

Misir Mərdanov

«Təhsil haqqında» qanunda müəllimlərin yaş senzi ilə bağlı bəzi anlaşılmazlıqlar var».

Təhsil naziri Misir Mərdanov 2009-cu ilin yekunlarına dair dekabrın 29-da keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, nazirlik müəllimlərin yaş senzi ilə bağlı hökumət və mərkəzi qurumlarla məsləhətləşmələr aparır: «Qanunda müəllimlərin neçə yaşında təqaüdə çıxmaları göstərilməyib».

Yeni qəbul olunmuş «Təhsil haqqında» qanun görə müəllimlərin yaş həddi 65 olaraq göstərilir.

Təhsil Nazirliyi bildirir ki, bu o demək deyil ki, 65 yaşı olan müəllimlər kütləvi şəkildə işdən çıxarılacaq. Bu məsələ ilə bağlı hələlik konkret qərar yoxdur.