Casuslar dünya şöhrətli yazıçının hər addımını güdürmüşlər

Günter Qrass

...2-ci Dünya Müharibəsindən sonra qərbi Almaniyanın ən tanınmış yazıçısı olan Günter Qrass 1959-cu ildə özünün ən məşhur əsərini – “Tənəkə təbil”i yazır. Bundan sonra komministlərin nəzarətində olan şərqi Almaniyaya gedir.

Orada Qrass öz əsərindən parçalar oxumalı idi. Yazıçı Şərqi Almaniyaya ayaq basandan oranı tərk edənəcən casuslar onun hər bir addımını izləyir...

“Qrass Almaniya Demokratik Respublikasına gələndə casusların əhatəsinə düşmüşdü. Qrassın ünsiyyətdə olduğu adamların hamısı - istər yazıçılar birliyinin üzvü olsun, istər nəşriyyatları, teatrları, dövlət orqanlarını təmsil etsin – istisnasız olaraq şərqi Almaniyanın təhlükəsizlik xidməti - “Ştazi”nin qeyri-rəsmi əməkdaşları idi".

Bunu özünün yeni kitabında alman tədqiqatçısı Kai Schlueter yazır. (Frans-press)

Gələn ilin martında satışa çıxarılacaq "Guenter Grass im Visier -- Die Stasi-Akte" adlanan kitab “Ştazi”nin Qrassı necə diqqətlə izləməsi haqqındadır.

“Ştazı” Qrassı 1950-ci illərdən izləməyə başlayıb, 1961-ci ildə isə bu iş daha da intensivləşib.

Almanların kütləvi şəkildə qərbi Almaniyaya qaçışının qarşısını almaq üçün SSRİ-nin təşəbbüsü ilə həmin il Berlin divarı çəkilmişdi.

Qrass da açıq məktubla çıxış edərək divarın çəkilməsinin əleyhinə çıxmışdı.

Qrass ADR-də çox məşhur idi. Amma onun əsərlərinin orada tirajlanması uzun müddət qadağan edilib.

Kai Schlueter kitabı yazmaq üçün “Ştazi”nin arxivlərində 2 min şəxsi işi araşdırıb.

Günter Qrass 1999-cu ildə Nobel mükafatına layiq görülüb.