İraqda törədilmiş partlayışda 20-dən çox adam ölüb

İraqın Ramadi şəhərində törədilmiş partlayışlarda 20-dən çox adam ölüb, azı 35 nəfər isə yaralanıb.

Ölənlərdən 4-ü polisdir.

Partlayışları yerli hökumət binasında 2 intiharçı törədib.

Şəhərin qubernatoru da yaralanıb.