Taliban deyir ki, Kəraçidəki partlayışı o törədib

Kəraçidə şiə müsəlmanlarına qarşı törədilmiş hücuma görə cavabdehliyi talibançılar üzərinə götürüb.

Bu barədə Əfqanıstanla sərhəd bölgəsində fəaliyyət göstərən talibançıların komandirlərindən biri Əhmədulla Şahin telefonla agentliklərə bildirib.

Həmin terror aktı nəticəsində 43 adam ölüb.