Sərnişinlərə bədəni göstərən skanerlə “baxacaqlar”

Hollandiya və Nigeriya hava limanlarında bütün bədəni göstərən skanerlərdən istifadə edəcəyini elan edib. Bu addım 23 yaşlı nigeriyalının ABŞ-a gedən təyyarəni partlatmaq cəhdindən sonra atılıb.

Hollandiyanın Daxili İşlər naziri deyib ki, qarşıdakı üç həftə ərzində ABŞ-a gedən adamları yoxlamaq üçün paltardan bədəni görməyə imkan verən skanerlərdən istifadə ediləcək.

Nigeriya rəsmiləri də yeni il günlərində ölkənin bütün beynəlxalq hava limanlarının bu avadanlıqla təchiz olunacağını bildiriblər.