BMW «QAZ-31»i iki yerə böldü

Dekabrın 31-i saat 12 radələrində Mətbuat prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Mətbuat prospekti ilə yüksək sürətlə hərəkət edən BMW markalı avtomaşın qarşısına çıxan «QAZ-31»i iki hissəyə bölüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.