Alimlər azı 9 saat yatmağı məsləhət görür

Amerikalı alimlər yeniyetmələrə gün ərzində azı 9 saat yatmağı məsləhət görür.

Kolumbiya universitetində aparılmış araşdırmanın nəticələrinə görə, çox yatan gənclər arasında depressiya və özünə qəsd halları az olur.

Alimlər belə nəticəyə gəlib ki, ümumiyyətlə 5 saatdan az yatanlar arasında stres ehtimalı 70 faiz böyük olur.

Araşdırmanın nəticələri “Sleep” jurnalında dərc olunub.