Pakistanda yerli qəbilə başçılarına hücum edilib

Pakistanın şimal-qərbində talibançılara qarşı olan yerli qəbilə başçılarına hücum edilib.

Onların maşını yolda minaya düşüb, nəticədə 2 nəfər ölüb, 4 nəfər isə ağır yaralanıb.

Məlumatlara görə ağsaqqallar Bacur rayonunda talibançılara qarşı müqvimət hərəkatının yaradılmasında iştirak ediblərmiş.