Dəmiryol qəzasında 10 adam ölüb

Hindistanın şimalında baş vermiş dəmiryol qəzası nəticəsində 10 nəfər ölüb, azı 40 nəfər isə yaralanıb.

Yaralılardan 19-u ağır vəziyyətdədir.

Kanpur şəhərində 2 qatar toqquşub.

Qəzaya səbəb güclü duman və elektrikin kəsilməsi olub.