Təyyarə start götürəndə uçuş zolağından çıxıb

Almaniyanın Dortmund şəhərində sərnişin təyyarəsi start götürərkən uçuş zolağından çıxıb.

Xəsarət alan olmayıb.

Boinq 737-800 təyyarəsində 165 sərnişin və 6 heyət üzvü olub.

Pilot texniki nasazlıq hiss etdiyinə görə təyyarəni saxlamaq qərarına gəlib.

Təyyarə Kanar adasına uçurmuş.