AzadlıqRadiosuna şərhində Amerikanın Dövlət Departamentinin sabiq məsul əməkdaşı, keçmiş SSRİ məkanı üzrə ekspert Paul Goble yazır: «Provokasiyanın məqsədi provokasiyaya çəkməkdir. Provokasiyaya çəkildinsə, deməli, sən ən pis variantı seçdin, onlar öz məqsədlərinə çatdılar».
Gürcüstanda çox az adam inanar ki, Tiblisi Şimali Qafqazdakı islamçıların təlimlərinə kömək edir. Ancaq Rusiyanın Federal Təhlükəsizlik Xidməti Gürcüstana qarşı məhz belə ittiham irəli sürdü.
Gürcüstanda bu absurd ittihama inanan azdır, ancaq ona gülən daha azdır, cavab vermək istəməyən isə daha az.
SAAKAŞVİLİ YARIHAQLIDIR
Keçmiş SSRİ məkanının bir çox milli liderləri kimi Mixeil Saakaşvili bu ittihamın qarmağına düşdü.
Saakaşvili fikirləşir ki, ittihama dramatik şəkildə cavab verməklə beynəlxalq aləmin diqqətini Rusiyanın yalanlarına daha yaxşı cəlb edə biləcək və Gürcüstana daha çox dəstək qazanacaq.
Ancaq Saakaşvili yarıhaqlıdır. O düzdür ki, Saakaşvilinin cavabları bəzən daha çox diqqət cəlb edir, nəinki Rusiyanın hərəkətləri.
Ancaq bəlkə Rusiyanın istədiyi elə budur - Saakaşvili qışqırır, Rusiya isə heç bir hərəkət eləmir. Saakaşvili Qərbin gözündə tez-tez «canavar» deyib, qışqıran qorxaq uşaq imici yarada bilər. Bir gün canavar doğrudan da gələndə, Qərbdə heç kim Saakaşviliyə inanmayacaq.
Saakaşvili düşünür ki, Rusiya təhlükəsini qabartmaq ona müxalifəti cilovda saxlamağa kömək edir.
Bu həmişə doğru olsa da, bunun korroziya kimi yeyən iki pis effekti var - belə sünilik prezident ətrafında real birliyi sarsıdır, ikincisi, Gürcüstanın siyasi sisteminin debatı boğan sistem olması fikrini yaradır.
YALANA CAVAB VERƏNDƏ YALAN YAYILIR
Saakaşvilidən tutmuş, sıravi Tbilisi sakinlərinə qədər heç kim Rusiyanın yalanlarına cavab verməməlidir. Cavab verəndə cavabın fərqliliyi olduqca əhəmiyyətli olur. Məsələn, əgər bəzi gürcüstanlılar alov püskürür, o birilər susursa, bu parçalanma, elə FSB-nin istədiyidir.
Bəs Gürcüstan Rusiyanın yalanlarına necə cavab versin?
Əvvəla, Rusiyanın yalanının yayılmasında heç bir gürcüstanlı iştirak etməməlidir.
Reaksiya verəndə heç bir emosiya olmamalıdır.
Hakimiyyətin cavabının forması təxminən belə olsa yaxşıdır: «Rusiya bizim ölkə haqda uzun müddətdir ki, yaydığı yalanların növbətisini yayıb». Burda dayanmaq lazımdır. Yalan nədən ibarətdir? - demək lazım deyil.
Gürcüstan Rusiyanın ittihamlarının artması ilə bağlı yaranan beynəlxalq komissiyalardan bəhrələnə bilər. Bu komissiyalar «o dedi, bu dedi» vəziyyətindən çıxartmağa kömək edər.
Mübarizənin yolları müxtəlifdir. Yol düzgün seçilməsə, gürcüstanlılar nə qədər əksini fikirləşsələr də, bu yalnız Moskvanın əlinə oynamaq olacaq».