İkinci İran-Türkmənistan qaz kəməri açılır

İran prezidenti Türkmənistanda ikinci qaz kəmərinin açılışında iştirak edəcək. Mahmud Əhmədinejat Türkmənistanda 2 günlük səfərdədir.

İki ölkə arasında ilk qaz kəməri 1997-ci ildə açılıb. Yeni kəmərlə İrana hər il 6 milyard kub metr türkmən qazı çatdırılacaq.

Əhmədinejatın türkmənistanlı həmkarı Qurbanqulu Berduməhəmmədovla danışıqlar aparacağı da gözlənilir.