«İdeal»ın baş redaktoruna 15 il cəza istənildi

Yanvarın 5-də hakim Azər Orucovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı «İdeal» qəzetinin təsisçisi və baş redaktoru Nazim Quliyevə 15 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə N.Quliyev Cinayət Məcəlləsinin 5 maddəsi üzrə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu və zorla tələb etmədə, narkotik maddələrin hazırlanmasında və yayılmasında təqsirli bilinir.

Yanvarın 11-nə təyin olunan növbəti prosesdə Quliyevin vəkilləri çıxış edəcək. «İdeal»ın baş redaktoruna qarşı iddianı Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudova qaldırıb.