Gürcüstanda rus dilində televiziya kanalı açılıb

Gürcüstan rus dilində olan “ Birinci qafqaz kanalı”-nın yayımına başlayıb.

Yeni televiziya kanalı prezident Mixeil Saakaşvilinin təşəbbüsü ilə yaradılıb.

Bu layihəyə dövlət büdcəsindən 3 milyon dollar ayrılıb.

Aparıcılar arasında keçmiş Çeçenistan prezidenti Cövhət Düdayevin həyat yoldaşı Alla Dudayeva və tanınmış jurnalist Oleq Panfilov da var.

Onların ikisi də Gürcüstan vətəndaşlığı alıb.

Gürcüstanın keçmiş dövlət naziri və hazırda müxalifət lideri olan Georgi Xaindrava yeni kanalın açılışını təxribat hesab edir.

Onun fikrincə bu Rusiyayla yeni müharibəyə səbəb ola bilər.