Pravoslavlar Milad axşamını qeyd edir

Yanvarın 6-da dünya pravoslav xristianları Milad axşamını qeyd edir.

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını İsa Peyğəmbərin mövludu – Milad bayramı münasibətilə təbrik edib. Bildirib ki, müasir Azərbaycan cəmiyyətində xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühiti, həmrəylik, Azərbaycanı dünyada tolerantlıq örnəyi kimi tanıdıb.