Dağıstanda bir-birinin ardınca partlayışlar olub

Partlayıcı qurğu batalyonun bazasının qapısı ağzında işə düşüb

Yanvarın 6-da Dövlət Yol Xidməti batalyonunun Dağıstandakı bazasında partlayış olub.

Avtomobildə olan kamikaze səhər saatlarında bazanın qapısını sındıraraq, içəri daxil olmaq istəyib.

Partlayıcı qurğu batalyonun bazasının qapısı ağzında işə düşüb. Növbətçi hissənin otağı tamamilə dağılıb. İlkin məlumatlara görə, 6 milis işçisi həlak olub, 3 nəfər ağır yaralanıb. 7 nəfər, o cümlədən 2 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaxınlıqdakı bir neçə maşına da ciddi zərər dəyib.

Lent.az-ın məlumatına görə, bundan bir neçə saat əvvəl Mahaçqalada şəxsiyyəti məlum olmayan cinayətkarlar təbii ehtiyatlar nazirinin evinə 2 qumbara atıblar. Qumbaralardan biri partlayıb, heç kim xəsarət almayıb.