Yanvarın 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə radikal dini dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər bir sıra ağır cinayətlərdə ittiham olunan 31 dindarın məhkəməsi başlayıb. Məhkəmə iclasına hakim Azər Orucov sədrlik edir. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Prokurorun elan etdiyi ittiham aktına görə, müttəhimlər kürsüsündə əyləşənlər «Əbu-Bəkr» məscidini partlatmaqda təqsirləndirilərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə tərəfindən məhkum edilmiş 26 dindarın silahdaşlarıdır.
Onlar həmin silahlı birləşməyə «Əbu-Bəkr» məscidində törədilmiş partlayışda təqsirləndirilənlərdən biri, «Süleyman» ləqəbli Samir Mehdiyevi gizli yolla ölkədən çıxarmaqda və başqa cinayətlərdə təqsirləndirilirlər.
Prokuror çıxışında bildirib ki, qrupun rəhbəri «Abdulla» ləqəbli Azər Misirxanov olub. Bu şəxs 2001-ci ildə Azərbaycan dövlət sərhədini qeyri-qanuni keçərkən saxlanılıb və sərhədi qanunsuz keçməyə və qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin tərkibində iştirak etməyə görə elə həmin ildə məhkum olunub. Cəza müddəti başa çatdıqdan sonra antiterror koalisiyası qüvvələrinə qarşı terrorçuluq əməllərində iştirak etmək məqsədilə xarici ölkə ərazisinə keçib.
Bu ilin noyabr ayında Azər Misirxanov Əfqanıstanda ABŞ hərbi birləşmələrinin keçirdikləri əməliyyat tədbirləri zamanı öldürülüb.
Prokurorun çıxışına görə, dəstə üzvləri «Bakı-Novorossiysk» neft boru kəmərini də partlatmağı planlaşdırıblar. Lakin MTN-nin keçirdiyi antiterror tədbirləri nəticəsində silahlı birləşmənin üzvləri həbs olunduğundan plan baş tutmayıb.
Məhkəmə binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Məhkəmə binasının içərisində isə dustaqlara MTN işçiləri nəzarət edib.
Proses yanvarın 12-də davam edəcək.