Nobel mükafatlı nasist yazıçının sevgi məktubları 50 il sonra açıldı

Norveç yazıçısı Knut Hamsunun 100 il əvvəl yazdığı bir neçə məktub Oslodakı Milli Kitabxanada açılıb.

Mədəniyyət naziri Anniken Huytfeldt məktubların möhürünü açıb və yazıçının həyat və yaradıcılığını tədqiq etmiş alimlər dərhal təsdiqləyiblər ki, məktublar Culiya Amanda Lousa yazılıb.

1891-92-ci illərdə yazıçı ilə həmin xanım arasında çılğın bir məhəbbət yaşanıb.

Kristiansundda piano müəlliməsi olan Lous heç vaxt ailə qurmayıb və 1963-cü ildə vəfat edib.

Məktubları vaxtilə Milli Kitabxanaya Lousun yaxın qohumu bağışlamışdı və onların 50 il açılmayacağına təminat almışdı.

Hamsun Lulli kimi tanınan Lousla münasibətlərinə 1892-ci ilin aprelində son qoyub. Açıqlan məktublarda Lullinin şərhləri də var.

“Bu məktublar Hamsunun insan kimi mənfi cəhətlərini göstərir.

Biz Hamsunun Lulli ilə münasibətləri haqqında çox şey bilirik.

Lullinin bu münasibətlər haqda şərhlərini oxumaq maraqlıdır” – deyə tədqiqatçı İnqar Sletten Kolloen yerli mətbuata bildirib.

Knut Hamsun 1920-ci ildə Nobel mükafatına layiq görülüb. ("Əsrlərlə torpağa bağlılığını və patriarxal ənənəyə sadiqliyini qoruyub saxlayan Norveç kəndlilərinin həyatından bəhs edən möhtəşəm əsəri -"Torpağın şirələri"nə görə").

Hamsuna yazıçı şöhrətini 1890-cı ildə yazdığı “Aclıq” romanı gətirib. Həmin roman Norveç ədəbiyyatında ilk müasir roman sayılır.

Keçən il Norveçdə onun 150 illiyi qeyd edilib. Yazıçı 1952-ci ildə vəfat edib.

Hamsun çox ziddiyyətli adam olub, Norveçdə Hitleri dəstəkləyən azsaylı məşhur ziyalılardan biri olub. 2-ci Dünya Müharibəsindən sonra həbs edilib.

Kurt Hamsun haqda ətraflı burda oxuya bilərsiz.

Həmçinin oxu!

TÜRKİYƏDƏ ÇAP EDİLƏN QƏRİBƏ AZƏRBAYCAN TARİXİ