Ovçularla təbiət keşikçiləri arasında dava düşdü

Antarktika sularında balina ovlayan yapon gəmisi ilə təbiəti qoruyanların qayığı arasında dava düşüb.

Balina ovçuları ilə təbiətin keşiyində dayananların bu döyüşü son illərin ən böyük davası hesab olunur.

Davada əllə atılan kəskin iyli bombalardan, kəndirlərdən, yüksək texnologiyalı səs aparatlarından istifadə olunub.

Sonda dəniz keşikçilərinin müasir texnologiyalı qayığı ciddi zədələnib. Qayıqda olan 6 heyət üzvü xilas olunub.

«Sea Shepherd» cəmiyyətinin üzvləri neçə ildir ki, Antarktika sularına öz qayıqlarını göndərirlər və Yaponiya donanmasının balina ovuna mane olurlar.

Cəmiyyət balina ovunun dayandırılmasını tələb edir.