«Bakıelektrikşəbəkə» borclu abonentlərin işığını kəsməyə başlayıb

Yanvarın 7-dən «Bakıelektrikşəbəkə» borclu abonentlərin enerji təchizatının dayandırılmasına başlayır.

«Bakıelektrikşəbəkə»nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzadlıqRadiosuna bildirib ki, Bakının bir sıra kənd və qəsəbələrində hələ də yığım faizini yüksəltmək mümkün olmayıb:

«Bu səbəbdən ən son tədbir kimi enerji təchizatının dayandırılmasına məcburuq».

T.Mustafayevin sözlərinə görə, sayğacların quraşdırılması işi davam etdirilir. Hələlik Bakıdakı 700 minə yaxın abonentdən təxminən 500 mini üçün elektron sayğaclar quraşdırılıb.