TORPAQ MÜLKİYYƏTÇİLƏRİ HƏRTƏRƏFLİ DÖVLƏT QAYĞISI İLƏ ƏHATƏ OLUNMUŞLAR

Tənqidi jurnaslitikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə bu qəzeti oxuyun. Mütləq oxuyun! Çalışacağıq onun hər nömrəsini diqqətinizə çatdıraq.
Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ayrı-ayrı istiqamətlərdə olduğu kimi, aqrar bölmənin də hrətərəfli inkişafına əlverişli şərait yaratmış və bu siyasət bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»na və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamla təsdiq etdiyi «2008-2015-ci illərdə Naxçıvan MuxtarRespublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Sərəncamına» uyğun olaraq müxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir...

...Həmçinin kartofçuluğun inkişafı üçün 4 ədəd kartofun kultivasiya işlərini aparan texnika, 17 ədəd «Belorus» markalı traktor, 10 ədəd kotan, 5 ədəd seqment otbiçən, 4 ədəd taxılsəpən, 4 ədəd dərmansəpən, 9 ədəd presvuran, 20 ədəd əl üçün otbiçən, 2 ədəd toxumtəmizləyən, 3 ədəd dırmınq, və 3 ədəd çizel, ümumilikdə 106 ədəd müxtəlif markalı texnika alınıb gətirilərək icarəyə verilmiş və ya lizinq yolu ilə satılmışdır.

NAXÇIVAN MUXTAR RESPUBLİKASI PSİXİ, AĞCİYƏR XƏSTƏLİKLƏRİ DİSPANSERLƏRİNƏ VƏ ONKOLOJİ MƏRKƏZƏ BAYRAM SOVQATLARI VERİLMİŞDİR

Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər, Ağciyər Xəstəlikləri dispanserləri, Onkoloji Mərkəz də səhiyyə sistemində yeni quruculuq ünvanlarıdır. Səfqətə ehtiyacı olan xəstələr bu səhiyyə müəssisələrində qayğı ilə əhatə olunmuşlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində müalicə olunan xəstələrə baş çəkmiş, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı munasibəti ilə təbrik etmiş, tezliklə sağalıb öz ailələrinə qayıtmalarını, cəmiyyətdə öz yerini tutmağı arzulamışdır.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI:

  • Nazirlik üçün yenidən qurulan bina təhvilə hazırlanır
  • Naxçıvan Hərbi Hospitalına bayram sovqatı aparılmışdır
  • Keyfiyyətli rabitə xidməti göstərilməsi üçün maddi-texniki baza yaradılmışdır
  • Səhiyyə müəssisəsinin yeni korpusunda son tamamlanma işləri aparılır
  • Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə şənlik keçirilmişdir
  • Rusiyada «İlin məhsulu» müsabiqəsində muxtar respublikamızda istehsal olunan məhsullar da nümayiş etdirilib (həmin məhsullar birinci dərəcəli «Zolotoy sirin» diplomlarına və medala layiq görülüb)
  • İstehlakçıların hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
  • Qabiliyyətlə zəhmət birləşəndə əsl sənət əsərləri yaranır (Rəssam Telman Abdinovun bütün əsərlərində bu həqiqəti görmək olur)
  • Kərim xan Kəngərli haqqında bildiklərimiz və bilmədiklərmiz
  • Uşaq filarmoniyasının yaradılması üçün hazırlıq işləri davam edir
  • Tanınmış alim (Professor Hacıfəxrəddin Səfərli tariximizin aktual məsələlərinin obyektiv həllində səylə çalışır)
  • Rayon mədəniyyət evinin kollektivi əsgərlərin qonağı oldu
  • Voleybol görüşü haqda xəbər
  • Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aşağıdakı obyektlərin tikinstisi üzrə təkliflər sorğusu elan edir
1. Şərur rayon Maxta kəndində 522 yerlik məktəbin tikintisi
2. Şərur rayon Yenigcə kəndində 568 yerlik məktəbin tikintisi
3. Babək qəsəbəsində Uşaq musiqi məktəbinin tikintisi
4. Culfa şəhərində 774 yelik 3 nömrəli məktəbin tikintisi
5. Culfa şəhərində 2 nömrəli məktəbin yenidən qurulması
6. Kəngərli rayon Yeni Kərki kəndində 88 yerlik məktəbin tikintisi