79 yaşlı qadın evində yanaraq öldü

Yanvarın 7-də Bakı sakini 79 yaşlı Anna Mirzəyeva yaşadığı mənzildə yanaraq ölüb.

Xəbər APA-ya Xətai Polis İdarəsindən verilib. Günorta saatlarında Bakının Əhmədli qəsəbəsindəki mənzildə başlayan yanğın haqda FHN-nin Dövlət Yanğından Mühafizə xidmətinə qonşular xəbər verib.

Bir neçə dəqiqə sonra yanğınsöndürənlər əraziyə gəlib. Yanğın söndürüləndən sonra mənzildən ev sahibi Anna Mirzəyevanın yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.