Polşa Medvedevi mərasimə dəvət edib

Polşa prezidenti Lex Kaçinski bu gün rusiyalı həmkarı Dmitri Medvedevi Auşvits ölüm ölüm düşərgəsinin azad olunması şərəfinə keçiriləcək mərasimə dəvət edib.

1945-ci il yanvarın 27-də sovet qoşunları bu faşist düşərgəsini azad etmişdi. Orada əksəriyyəti yəhudi olan 1.5 milyon adamın qətlə yetirildiyi ehtimal olunur.

Prezident Corc Buşun zamanında ABŞ-ın Polşa ərazisində raketdən müdafiə sistemləri qurmaq planlarına dəstək verdiyi üçün Varşava ilə Moskva arasında münasibətlər gərginləşmişdi.