Həbsdə olan Fərəməz Novruzoğlu azadlığa çıxıb. «APA»nın məlumatına görə, «Nota-Bene» qəzetinin baş məsləhətçisi Fərəməz Novruzoğlunun cəza müddəti bu gün başa çatıb və o, saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.
Daxili Qoşunlar (DQ) komandanlığı və «Azadlıq Hərəkatçıları Birliyi»nin sədri Təhmasib Novruzovun xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən, Nizami rayon Məhkəməsi 2009-cu ilin noyabrında «Nota-Bene» qəzetinin baş redaktoru Sərdar Əlibəylinin 4 ay, qəzetin baş məsləhətçisi Fərəməz Novruzoğlunun isə 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Eyni hökmlə həmin vaxt qəzetin əməkdaşı olmuş Ramiz Tağıyev isə 6 ay müddətinə şərti iş alıb.