İranda müxalifətin tərəfini saxlayana internet saytları onların liderlərindən biri olan Mehdi kərrubinin maşının atəşə tutulduğunu xəbər verir. Məlumata görə onu hakimiyyət tərəfdarı olan nümayişçilər atəşə tutublar. Amma Kərrubi yaralanmayıb.
Xəbərdə deyilir ki, Mehdi Kərrubi Qəzvində bugünlər etiraz aksiyalarında həlak olan müxalifət fəallarından birinin yas mərasimində iştirak edirmiş. Mərsimin keçirildiyi evi mühasirəyə alan 500-ə yaxın adam binanı daşa basıb. Hadisə yerinə gələn polis Kərrubini binadan çıxarıb, maşınına əyləşdirib. Amma nümayişçilər bu dəfə də onun maşınına odlu silahdan atəş açıblar. Kərrubinin maşını zirehli olduğundan ziyan çəkən olmayıb.
Hələlik bu hadisəyə rəsmi reaksiya yoxdur.
Mehdi Kərrubi islahatçı siyasi qanadın liderlərindən biridir. Ötən iyun ayında keçirilmiş mübahisəli prezident seçkisində o da indiki prezident Mahmud Əhmədinejadın rəqiblərindən biri olub.