Raket zərbəsindən 4 adam ölüb.

Pakistanın sərhəd bölgəsi olan Şimali Vəziristanda raket zərbəsindən 4 nəfərin öldüyü xəbər verilir.

Raketlərdən biri iri yaşayış məntəqəsi olan Miranşah şəhərinin yaxınlığındakı evlərdən birinə düşüb.

Təxmin edilir ki, raketləri Amerikanın pilotsuz təyyarəsi atıb.

Dekabrın 30-da Əfqanıstanla Pakistan sərhəddinddindəki hərbi bazanın partladılması və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 7 əməkdaşının ölməsindən sonra bu bölgəyə buraxılan 6-cı raketdir.