Mədəsində narkotik keçirən iranlı Azərbaycanda ölüb

Daxili Orqanlarında Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı Astaranın Əncivan kəndində ölüb.

31 yaşlı Bani Səffari İranın Astara şəhərindədndir.

ANS-in məlumatına görə onun ölümünü araşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertizaya verilib.

Müayinə zamanı onun mədəsindən 119 , bağarsağından isə 8 bükülü tapılıb.

İlkin rəyə görə, İran vətəndaşının ölümünə səbəb mədəsindəki bükülülərdən birinin açılması olub.

Bani Səffarinin daxili orqanlarından ümumilikdə 340 qram narkotik vasitə çıxarılıb. Faktla bağlı cinayət işi açılıb.