MSK-nın növbəti iclası olub

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

İclasda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı şikayətlərə baxılıb.

MSK katibi Natiq Məmmədov 50 saylı Qobustan-Xızı seçki dairəsindən daxil olmuş şikayətlərin əsaslı olduğunu deyib.

Mərkəzi Seçki Komissiyasının üzvləri bu dairədə nəticələrə yenidən baxılmasını təklif ediblər.