Neftin Belarus və Avropaya nəqli davam edəcək

Neftin qiymətilə bağlı Belarusla Rusiya arasında aparılmış növbəti danışıqların nəticə verməməsi , neftin Belarus və ordan Avropaya nəqlinə təsir etməyəcək.

Bunu Rusiya Enerji Nazirliyinin sözçüsü İrina Yesipova deyib.

Həmçinin Belarus rəsmiləri hər iki tərəfin növbəti danışıqlara hazır olduqlarını bildirirlər.

Moskvayla Mİnsk 2010-cu ildə Belarusa veriləcək qazın qiymətində yenə də razılığa gələ bilməyiblər.