Tikintidə faciə. 3 nəfər ölüb

Bakıda tikintidə faciə baş verib. Bu barədə Nəsimi rayon Polis İdarəsindən bildirilib.

Hadisə yanvarın 11-də saat 10.30 radələrində Bakının Neftçilər prospektində baş verib.

“Paşa İnşaat”ın tikinti işləri apardığı ərazidə 3 fəhlə hündür mərtəbəli binadan yıxılıb. Onlardan Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Orxan Abuzərov və Ağdam rayon sakini, 1976-cı il təvəllüdlü Vasif Hümbətov aldıqları xəsarətdən yerindəcə keçiniblər.

Digər fəhlə, İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Ağadadaş Əsədov isə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Hazırda hadisə yerində Nəsimi rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır. APA