Yazıçılar Birliyində mükafatlar verildi

Azərbaycan Yazıçılar Birliyində 2009-cu ilin ədəbi yekunları açıqlanıb. Müxtəlif nominasiyalar üzrə mükafatlandırma “Bizim söz” ədəbi qəzetinin təşkilatçılığı ilə keçirilib. Nəticələr belədir:

“Qarabağ mövzusunda yazılmış nəsr əsəri ” – Aqil Abbas; “Dolu ” romanı

“Qarabağ mövzusunda yazılmış poema ” Ədalət Əsgəroğlu; “Dərdimizin qan rəngi”

“İlin bədii kitabı” – Qənbər Şəmşiroğlu ; “Tale oxşarlığı” kitabı

“Ədəbiyyata qayğı göstərən millət vəkili ” – Qənirə Paşayeva

“İlin televiziya filmi” – Ənvər Seyidov

“İlin ədəbi qəzeti” – “525-ci qəzet”

“İlin tənqidçisi” – Əsəd Cahangir

“İlin nəşriyyatı” – Azərnəşr

“Gənc yazarların dostu ” – Vaqif Bəhmənli

“İlin telelayihəsi” – Qulp verilişi

“İlin tərcümə əsəri ” – Adil Cəmil; “Manas” dastanı

“İlin kitab təbliğatçısı ” – Ali&Nino kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli

“İlin elmi kitabı” – Vüsalə Musalı; “Osmanlı təzkirələrində Azərbaycan şairləri”

“İlin naşiri ” – Elçin İsgəndərzadə

“İlin ədəbi qurumu” – Dünya Gənc Türk Yazarlar Birliyi

“İlin ədəbiyyatşünas alimi ” – Şəhla Tahirqızı

“İlin gənc şairi ” – Əvəz Qurbanlı

“İlin ədəbi saytı ” – Kultaz.com

“AYB-nin ən fəal bölməsi” – Muğan bölməsi

“İlin gənc nasiri ” – Zərdüşt Şəfizadə

“İlin ədəbi məclisi” – “Qurbani” məclisi

“İlin ədəbi dərnəyi” – “Metafora” dərnəyi