Əsgər yoldaşlarını qətlə yetirən hərbçi üçün ömürlük cəza istənildi

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət ittihamçısı dörd əsgərin qətlində, birinin yaralanmasında ittiham olunan əsgər Orxan Səfərovun ömürlük azadlıqdan məhrum edilməsini tələb edib.

Hadisə keçən il mayın 23-də Seyfəli poliqonunda baş vermişdi. Orxan Səfərov əsgər yoldaşlarını avtomat silahdan atəş açaraq qətlə yetirmişdi. Yaxınları faciəyə komandirin onu təhqir etməsini, ordudakı “dedovşina” nın səbəb olduğunu bildiriblər.

Məhkəmə prosesi yanvarın 15-də davam edəcək.